Aytmatov deyir ki, insan bu həyatda 3 şeydən yorulur: təklikdən, bağışlamaqdan və mənasız xəyallar qurmaqdan. Bağışlamaqla bağlı xüsusi bir fikrim yoxdur, hərdən bağışlayıram, hərdən yox, hərdən isə bağışlamağa ehtiyac duyulan hadisələri və ya insanları unuduram..Yorucu olmur, nə bağışlamaq,nə bağışlamamaq, nə də unutmaq, hal və şərait baxımından hər üçü də asandır, dramatik heç bir yanı yoxdur. Təkliyi də sevirəm, amma bəzən insan bu sözləri kiməsə deməyə də ehtiyac duyur … Bir də var, xəyal qurmaq -hansı ki dəhşətli bir şeydir. Məsələn, xəyal qurmaqdan qorxaram mən.Çünki heç vaxt gerçəkləşməzlər.Mənim həyatımda ən gözəl şeylər ən gözləmədiyim zamanlarda olur. Ən gözəl şeylər…ən gözəl şey… Doğrudan, həyatımda sonuncu ən gözəl şey nə olub? hmmm…Universitetə girməyim olub deyəsən ən gözəl, ən çox sevindiyim, ən xoşbəxt olduğum hadisə..O da 4 il əvvəl. Bundan başqa, nə əvvəli xatırlayıram, nə də sonranı…Qayıdaq xəyal qurmağa. Dediyim kimi, qorxuram xəyallardan. Çünki məncə xəyal insanı incidir, yorur. Və get-gedə mənasız olduğunu da görürsən… Özünü nələrəsə inandırırsan, nəticədə isə tamam başqa bir vəziyyətlə qarşılaşıran, daha çox yıxılırsan, qırılırsan, bezirsən,soyuyursan, daha səssizləşirsən… Hərdən bir addım atmağa hazırlaşırsan, amma səhv edib xəyalını qurursan, bununla da hər şeyi məhv edirsən…Məhvlərə də alışır insan…Bu arada, onu da deyim ki insan həyatı alışmaqdan,öyrəşməkdən ibarətdir…Yalnızlığa alışırsan, sonra kimlərsə gəlir -onlara alışırsan, gedirlər-onlarsızlığa alışırsan, xəyallara alışırsan, xəyalların alt-üst olmasına da alışırsan, nifrət etməyə alışırsan, sonra bağışlamağa alışırsan, çox danışmağa alışırsan, sonra susmağa alışırsan, gülməyə,ağlamağa alışırsan, sonra hisslərinin buz kimi soyumasına alışırsan, soyuyan hisslərin ifadəsizliyinə alışırsan, sonra isə ümumiyyətlə heç nə hiss etməməyə alışırsan, bəzən möcüzələrə də alışırsan…sonra isə fəlakətlərə alışmağa başlayırsan…Elə bir vaxt gəlir ki artıq təəccüblənmirsən, heç nə hiss etmirsən, sadəcə izləyirsən…Bəzən isə izləsən belə, ancaq heçnə görmürsən, görürsən bəlkə də, amma tamam başqa şeylər… Hərdən nələrsə hiss edirsən, amma hissin adını belə bilmirsən və bilməməyə alışırsan…Soyuqsan deyirlər..vallah o da alışmaqdan,öyrəşməkdəndir…Vaxt gələr, nə vaxtsa isti olmağa da öyrəşərəm… Bu mənasız gecə düşüncələrindən ibarət yazımı, yaxşı bir şairin yaxşı misraları ilə bitirirəm..
“gül buz tuttuğunda aylardan mayıs
günlerden hüzün
kanar yaprakları batar dikeni kendine…yaralı bir serçedir yürek
donar soğuk bir cümlenin kederinde
kimse sormaz canın acıyormu diye
gül buz tutmuş kime ne…”
Hayal kurmak tehlikeli bir şeydir. Çünkü hayal denilince uçsuz bucaksız bir denizde yüzmek gibidir. Yüzersin ama daha derine . Derinlikler ise insanı boğar öldürür. Bence de gerçek varken hayallerden uzak durmalı. İlle de hayallerimiz olacaksa gerçekleşecek hayallerimiz olmalı. Mesela güzel bir kitap yazmayı hayal etmek. Çünkü bu elimizden gelir, yapabiliriz. Korkmak kötü bir şey değildir. Sevgiyle kalınız. Ve gerçek hayallerle.
LikeLiked by 1 person
Tehlikeli olmayan ne var ki bu hayatta? Hayali tehlike, gerçeği tehlike, yaşaması tehlike, ölmesi tehlike, umut tehlike, umutsuzluk ayrı bir tehlike. Bırakmalı aslında insan kendini, en derinlere, en diplere bırakmalı..ve korkmamalı… Belki de yaşam bazıları için balıkların yanı başındadır… Bilemeyiz, yani bırakmadan bilemeyiz…
LikeLike
Bu yazinizi da cox beyendim, umumilikde goz gezdirdim, hamisi cox qeseng ve benzersizdir. ^_^
LikeLiked by 2 people
Düşüncələriniz çox dəyərlidir mənim üçün. Bir daha minnətdaram!
LikeLiked by 1 person
bircoxlari heyata baglanmamagi, heyatdan uste olmagi teklif edir. Meselen Budda. Deyir ki heyatin esas menasi bu heyatdan sönməkdir. Dərindən düşünəndə… hardasa maraqlı fəlsəfədi. Sufilər də eyni şeyi deyir amma başqa sözlərlə: zərrəykən ümmana qovuşmaq. Bu isə yer üzündə olanlardan qopmaq, heçnəyə bağlanmamaqla mümkündür.
amma digər tərəfdən də baxanda… tam insani bir baxış: adamın heyfi gəlir özünün sönməsinə…
LikeLiked by 2 people
Gözəl sözlərdir…qatılıram.
LikeLiked by 1 person