” Düzü, necə başlayacağımı yenə bilmirəm…Əslində yazıram, amma başa düşürsünüzmü, görəsən?…Başa düşmürsünüz,bilirəm.. çünki düşünmürsünüz…Həyatın axarına dalmısınız…Yorğunsunuz, bəlkə də indi yatırsınız, hətta sabaha işiniz də çoxdur…Məşğulsunuz – gündəlik qayğılarla. MƏNİM KİMİ …Elə bilirsiniz, guya mən özüm özümü başa düşürəm ki? Hərdən “nələrsə” düşünürəm…həvəsim, vaxtım olanda isə yazıya köçürürəm… 1-2 ildən sonra oxuyanda isə sizdən biri oluram və özüm də heç nə başa düşmürəm…BƏLKƏ də, başa düşməmək sərf edir bizə…? “
Bugün 2 rəfiqə bir-birilə söhbət edirdi. Rəfiqələrdən biri xadimə idi və digər rəfiqəsini də xadimə kimi işə düzəltmişdi. Lakin qız rəfiqəsinin iş saatından müəyyən qədər narahat idi. Gecə 21:00-dan səhər 7-ə kimi çalışmalı idi. Ancaq rəfiqəsi çox xoşbəxt idi, onun üçün fərqi yox imiş, tam əksinə, çox minnətdar, şükürlü idi qıza və Allaha qarşı… Deməli, bu saniyə mən isti evimdə “yorğun” halda yazı yazıram, hələ səhərə kimi də “işim çox olduğu üçün” oyaq qalmalı olacağım üçün kefsizəm, o qız isə gecə saat 12də xadimə kimi ayaqyollarını, şüşələri, stolları, yerləri təmizlədiyi halda kefsiz deyil, şükür edir Allaha, “Çoxsağol!” deyir rəfiqəsinə… Bugün ilk dəfə idi ki, özümü xadimə kimi təsəvvür etməyə çalışdım. Hər gün 10 saat ayaqyolu təmizləmək…Öz də gecə… Ürəyim qəribə bir şəkildə ağrıdı. Xeyr, bu dəfə fərqli idi! Həmin qıza yazığı gəlib, ürəyində çoox xırda bir sızıltı hiss edib, sonra da özünü həmin sızıltıya təslim edərək qıza 1-2 manat dəyərində mərhəmət göstərən “monarxın” bikeflik və qürur qarışıq keçirdiyi bir hissin ağrısı deyildi. Qürur… Necə qəribədir… ehtiyaclarımızın çoxluğu səbəbindən 1 aya yüzlərlə manat xərcləyirik, gözümüzə görünmür…amma ildə-ayda-əsrdə bir dəfə kasıba verdiyimiz 1 MANAT’ı heç vaxt unutmuruq, özümüzlə qürur duyuruq. O 1 manat(lar) cənnət qapımızın açarı, insanlığımızın isə göstəricisi olur…Hətta hərdən Allahla müqavilə də bağlayırıq, “Sən mənim filan işimi düzəlt, mən də sənin ‘kasıb’ına 1 manat verim” … Bu arada , kasıbın da ‘qiymət’i 20 qəpikdir. 1 manat – ənn ali, ənn mükəmməl, ənn varlı, ənn ‘işləri düz gətirən’ insanların verdiyi bəxşişdir…QAYIDAQ MÖVZUYA… Bəli, ürəyimdə ağrı hiss etdim və bu ‘mərhəmət’imin ağrısı deyildi, bu – xəyalımdaki xadiməyə,yəni özümə yazığımın gəlməsindən doğan ağrı idi. İlk dəfə idi ki, özümə yazığım gəlirdi…necə çarəsiz idi o xəyalımdaki mən…O qız kimi güclü, şükürlü, minnətdar ola bilməzdim mən. Yəni indiki halımıza dəfələrlə şükr etməyi, minnətdarlıq duymağı unudan insanlardan ‘xadimə kimi işə düzəldiyi’ üçün şükr etməyi necə gözləmək olar ?! Həyat fəlsəfəmiz : “Belə də olmalıdır.” Bəs belə olmayan nədir ?! Qoy deyim də, belə olmayan – daha ağıllı, daha uğurlu, daha varlı,daha gözəl, daha bəxtli ola biləcək halda olmamağımızdır… Özümüzü həmişə olduğumuzdan yuxarılarla müqayisə edirik, müqayisə zamanı onların həyatlarını beynimizdə aydın şəkildə təsvir edib, keçirdiyi hissləri çoox aydın şəkildə xəyal edirik… Amma heç vaxt özümüzü gecə 3də küçədə yatan qoca bir kişi kimi təsvir etmirik, onun o soyuqda keçirdi hisslərinin xəyalını qurmuruq.. Biz onlardan deyilik, onlardan biri ola bilmərik, biz ancaq kasıblara ‘yazığı gəlib və mərhəmət göstərdiyi’ üçün ən ali səviyyələrə,gözəlliklərə layiq olan insanlarıq!
Əsl mərhəmət isə bizim özümüzə lazımdır! Bu saniyə o soyuq ayaqyolunda xadimə kimi çalışan qızın göstərəcəyi mərhəmət mənə lazımdır! Yağışın altında heç kimə lazım olmadığını bilsə də, 20 qəpiklik tərəzisini qarşısına qoyan çarəsiz dayının mərhəməti mənə lazımdır… Qışın soyuğunda səkidə oturub salfetka satan nənələrin,xalaların mərhəməti mənə lazımdır…
Təsəvvür edin ki, salfetka’ya ehtiyac duyanda həmin küçədəki nənəyə 1 manat verib normasından daha artıq alaraq, salfetkanın ucuza başa gəldiyi üçün sevinirsiniz və o anda – həmin nənə sizə ən xoş arzuları, gözəllikləri diləyir, həmin saniyə sevincinizə sevinc qatıldığı üçün laap-laap göylərə, buludların üzərinə çıxırsınız. Bax o SANİYƏ’ni həmin nənələrə, tərəzi’li babalara, xadimə qızlar və onun rəfiqələrinə həsr etmək istəyərdim…Kaş həmişə həmin o saniyəni yaşasaydılar …
bu dəfə həqiqətən əla yazıbsan ) ama çox mövzuya toxunubsan deyə çoxu cavabsız qalıb
LikeLiked by 1 person
Çox sağolun.
LikeLiked by 1 person
Necə gözəl yazmısınız. Bu cür mükəmməl düşüncələrə sahib olmaq üçün yəgin mükəmməl bir insanlığa sahib olmaq lazımdır. Əhsən sizə!
LikeLiked by 1 person
Minnətdaram. 🙂
LikeLiked by 1 person
Əla! Çox xoşuma gəldi bu yazı!
LikeLiked by 2 people
Minnətdaram ^_^ Çoxsağolun.
LikeLiked by 1 person