Monthly Archives: February 2016

Valideynlərinizi sevgiyə qərq edin.

large-family13

 

Bugün anamla küçələrin birində gedirdik.Nəsə anam səhv döndü və yolumuz xeyli uzandı. Və hörmətli qızı tərəfindən dərhal tənbeh edildi: “Ay mama, səninki geyinib-keçinməkdi ee elə.Yolları tanımırsan sən.” Nə anam fikir verdi bu cümləmə, nə də ki mən… Üstündən xeyli keçdikdən sonra ağlıma gəldi bu hadisə.Və özümdən utandım…Mənə o sözü deyən olsaydı, bu saniyə fəlsəfi yazılar yazırdım ki “insanlıq insanlığı alçaldır. İnsanlıq özünü güclü hiss etdiyi tərəfi ilə digərinin zəif tərəfində bina inşa edir” – və yəgin hətta bir neçə ay depressiyaya da düşərdim ki, insanlıq mundardı və s. Amma anam fikir vermədi. İndi düşünəndə elə pis oluram ki… Hamımızın başına o qədər gəlir ki belə şeylər və hamımız o qədər komik tərəfdən yanaşırıq ki. Əslində isə komik tərəfi yoxdur. Təsvvür edin nənənizlə “selfie” çəkdirirsiniz. Və nənəniz ön kameraya necə baxmalı olduğunu bilmir. Baaa indi gəl gülmə. Selfie ustadları “poza tutmaqları” əzbər bildiyi halda,nənənin kameranın yerini bilməməsi film mövzusudur. Ya da anana,atana sənin üçün aktual olan gülməli mövzuları danışmağın, ancaq onların həmin mövzunu “tutmadığı” üçün gülməməsi…-hamımızın başına gəlir və nə qədər gileylənirik ki “off heç nəyi anlamırsız siz” …Ancaq valideynlərimiz bizdən qat-qat üstün olduğu halda heç vaxt bunu üzə vurmur,gileylənmir.Evə onların pulu ilə çörək almaqdan başqa bir xeyri dəyməyən insanlar olsaq da, özümüzə o qədər böyük dəyər veririk ki.O qədər yüksəklərdə,əlçatmazıq ki sanki… Niyə belə olmuşuq biz? Ah, qayğıkeş,cəfakeş valideynlərimiz. Onların həyatları ancaq bizdən ibarət olduğu halda, bizim həyatımızda onlar sadəcə müəyyən yer tutur. O gün anamdan eşitdim ki, iş yoldaşlarından biri, öz maaş kartını verib oğluna ki, xərclik eləsin. Düzdür,ortada ananın boğazından çörəyini kəsib oğluna verməsi kimi dramatik bir hadisə yoxdur, normal imkanlı ailədirlər. Amma mən yenə də təsirləndim…Ana 1 ay səhər tezdən durur, işə gedir-gəlir, o qədər çalışır, zəhmət çəkir. Bəhrəni isə məqsədə müvafiq olduğu üçün oğul götürür. Oğul da qəşəng yeyir-yatır,dincəlir və s.. Niyə belə olduq ay qardaş biz? Nə zaman belə olduq? Anamıza qarşı bu cür eqoist olduqdan sonra, day cəmiyyətə qarşı hansı yaxşılıqdan,xoşniyyətlikdən bəhs etmək olar. Anana qıyırsansa, day kasıbın, yetimin puluna niyə qıymayasan, göz dikməyəsən ki? Sənin üçün dünyada ancaq sən vardır. Amma o qədər də sənlər vardır ki… Kaş hamı bu yazıdan bir nəticə götürsə və valideynlərinə daha çox sevgiylə, qayğıyla,anlayışla, daha az eqoizmlə yanaşsa… Məsələn mən səbirsizliklə səhəri gözləyirəm ki, anamdan üzr istəyim.

Bəs sən nə etməyi düşünürsən?