Monthly Archives: March 2015

Bəlkə heç başlamayım…?

bu_29_ilimizde_yasayanlar_dikkatli_olsun13590096480_h981204Adını belə düşünmədiyim məqaləmin ilk cümlələrini başlayıram yazmağa…Bəlkə heç başlamayım, sadəcə davam edim…? dünənləri yazmağa davam edim…Ya bəlkə sadəcə kitab oxuyum?…Məryəmin edamından,Leylanın qaçışından oxuyum … Ya da bəlkə sadəcə dinləyim?  Bethovenin Ay İşığı sonatasının hər notunu beynimə həkk edim bəlkə…? Ya da… bəlkə rəsm çəkim? amma düşüncələrlə,ideyalarla dolu olan beynimin sözünə qulaq asmır əllərim…ürəyim beynimdəki bütün fikirlərin 3 rəng tonunda kağızda həkk olunmasını istəyir. Qara, boz və qırmızı. Anlayan anlasın o rəsmi.Anlamayan isə düşünsün istəyir ürəyim…Amma əllər…qulaq asmır, heç vaxt da asmayıb.Çünki əllər yazaraq hər şeyi çürütməyi sevir…ətraflı hər şeyi incəliyinə kimi izah etməyi sevir.Amma bu nə ürəyin xoşuna gəlir, nə də ki beynin … Ah, bəlkə elə sadəcə düşünüm? … Yanlışlardan,doğrulardan; yaxşılardan,pislərdən düşünüm… Yoxsa… sadəcə izləyim?… Buludların bağrından qopan yağış damlalarını izləyim. Bu damlalardan parkdakı ağacın altına sığınan qoca qadını da izləyim mi? ya da yarı tikilməmiş binaların altındaki son şüşəsini başına çəkən qocanı izləyim? yağışda öz bahalı maşınları ilə tango oynayan ərköyünləri də izləyim….? bəs qınamaq necə? qınayım mı? yoxsa sadəcə izləyim? Bu soyuq yağışlı havada yarıçılpaq dilənən uşağı da izləyim onda gərək…o uşağa cansız bir əşya kimi davranan varlıqları isə … yox, izləməyim qoy. Bəlkə elə yazım? Doğrularımdan yazım, səhv qiymətləndirdiklərimdən yazım. Amma hər şeyin nisbi olduğu bu dünyada doğrudan, yanlışdan necə yazım? Hər kəsin öz doğru bildiyi yolda irəliləyən bir cəngavər olduğundan yazım, ən yaxşısı…öz doğrusuna xəyanət etməyərək onun uğrunda vuruşduğu cəngavər… Bəlkə də öz doğrularının qurbanı olmuş cəngavərdən yazmaq lazımdır…  Mütləqliq axtarışına çıxdığım yolumdan yazım ya da… Mütləqliyin pəncərənin xaricində olduğundan yazım…Həyata yaxşılıq,gözəllik bəxş etmək üçün göndərilən,lakin başı özünə qarışan bir mələk olduğumuzdan yazım…Ya da… bəlkə sadəcə danışım? Bu sonsuz dünyadaki sonlu həyatlarımızdan danışım…Danışsam, dinləyərsən mi …?…