Monthly Archives: February 2015

Bir sabah oyanarsan ki…

girlback-800x400Bir sabah oyanarsan ki, hər şey eyni, amma heçnə eyni deyil.Eyni sən, amma eynilikdən bezmiş sən. İstəmərsən həmin səhər kimsəyə salam vermək.İstəmərsən yerindən durmaq,üzünə su vurmaq,hazırlaşıb dərsə getmək,işə getmək,və ya harasa getməli olduğun yerə getmək… Səbəb sadəcə istəməməkdir,hansı ki heç kim anlamaz.Pəncərəni açarsan, otağına yaz girər, halbuki sevməzsən istini, yazı… Məcbur geyinib keçinib yollanarsan dərsə.Amma liftə girəndə evdə unutduğun bir şeyin fərqinə vararsan-gülüşünün.Qayıdarsan və simana taxıb yollanarsan gedəcəyin yerə.Tanış çıxar qarşına, və salam vermək istəməzsən.Səbəb qarşındaki insanın düşündüyü özündənrazılıq deyil…sadəcə …özün də bilmirsən…Kaş özəl güclərimiz olsaydı da,lazım olanda özümüzü görünməz edə bilsək bəzən bu həyatda… Lakin nə özəlik, nə də gücümüz var…Məcburiyyətlərə baş əyməkdən başqa nə fayda…? Yolda gedəndə dəli bir ağlamaq keçər könlündən…Olmurmu hər birimizdə ? Səbəbsiz, elə-belə… Amma birdən yadına düşər ki ağlamağına səbəb yoxdur və bu dəfə də dəli bir gülmək keçər könlündən…bir-birinə zidd emosiyaların vuruşmasını daxilində gizlədən zaman metro gələr və minib buz bir robot kimi Elmlər Akademiyasi (hansı ki o Akademiyanin az qalsın yanından belə keçməyə qoymurlar) stansiyasına gedərsən…BDU da oxuyursan axı sən.Hansı ki bir vaxtlar “ən böyük xəyalın” idi. Nə zaman ki real oldu, əvvəlcə “ən” kəlməsi silindi, daha sonra “böyük”, indi isə sadəcə boşluq…Bu cür olmalı idi və oldu… Çatarsan universitetə, tələbə biletini göstərib bir daha yadına salarsan ki hara gəlmisən…Sonra da 100 nəfərlik patok,hansı ki yarısından çoxunu tanımırsan,və tanımadığın üzləri hər gün görməkdən artıq bezirsən…Oturursan yerində,sakit-səssiz.Və necə başa salasan qrup yoldaşlarına ki sənə heç nə olmayıb…Yuxudan durdum və beləyəm…səbəbsiz… Həmişə həyat səbəb-məqsəd-nəticə uyğunluğu ilə mi irəliləməlidir? Xeyr.Bəzən nəticə səbəb və məqsəddən asılı olmadan yaranır, öz-özünə.Ya da biz bu cür görmək istəyirik… Geyindiyin üst geyimini yastıq şəklinə salıb yatarsan müəllimlərin özlərinin də nə oxuduqlarını bilmədikləri layla sədaları altında…Müəllimin gözünə girməyə çalışan və oxuyan təəssüratı yaradan bir neçə yalançı başlar sallanar ön sıralarda,hansı ki özləri də bilməzlər nəyə qulaq asırlar… Və həyat budur, rollar,ssenarilar…Görəsən biz rol oynamağı nə zamandan bəri öyrənirik? Dünyaya göz açdıqda ağlamağın ardından susduğumuz an bizim ilk professional rolumuz olur… İstəmədiyimiz təqdirdə məcbur susmaq…ağlamaq istədiyimiz təqdirdə don baxışlarla ərtafa baxmaq…eynən bugünki kimi… Yuxunda keçmiş yaxın rəfiqələrini görərsən, maraqlı günləri… Yuxudan oyananda dolar gözlərin,amma ağlamazsan, çünki olmaz, ancaq zəiflər ağlayar… whatsappa keçmiş 4lü rəfiqə şəklini qoymaq istəyərsən-səmimi, xoşbəxt. Və dəqiq bilirsən ki, hamı bunu fərqli tərzdə düşünəcək…sənsə sadəcə bir şəkillə səmimiliyi yad edirsən…xatırlamırsan,geri qaytarmağa çalışmırsan,sadəcə yad edirsən… Amma nə heyif ki, telefonun 2015-ci il yaddaşı 4lü yaxın rəfiqə şəkillərini özündə saxlamır…sən də onun yerinə bədirlənmiş ay rəsmi qoyarsan, sənin üçün çox şey ifadə edib başqaları üçün isə sadəcə bir ay olan rəsim… Ətrafına baxanda hər kəsin necə də yad olduğunu görərsən, hər kəsin də gələcək iki min neçənci illərdə telefon yaddaşında yer almayacağının fərqinə vararsan. Bunun üstünə isə süni bir gülüş alar sifətin, ətrafdakilara onlar kimi olduğunu sübut etmək üçün. Paulo Coelho deyir ki, insanlar fərqliləri dəli hesab edir,tək ağıllı həmin fərqlilər olsalar belə…Əsl hesab olunan dırnaq arası ağıl çoxluğa doğru irəliləyən yoldur… Sən də məcbur Şəmsi Təbrizi kimi dəli adlandırılmamaq üçün gülümsəyərsən…Hansı ki o gülümsəmənin arxasında çox şey yatar…Bunları nə onlar bilər, nə də ki başqaları…

Mənim öz dünyam var… Hansı ki

1c984823c7cd

Mənim öz dünyam var…Hansı ki orda həmişə qar yağır…Ancaq insanlar üşümür, qarı sevir,həzz alır…Hansı ki orda palçıq bəyaz qarı silmir, günəş əritmir…

Mənim öz dünyam var, hansı ki orda insanlar musiqi notları ilə hərəkət edir,onu duyur…

Mənim öz dünyam var, hansı ki orda insanlar həmişə xoşbəxt olur, şükür edir…

Mənim öz dünyam var, hansı ki orda bütün insanlar bərabərdirlər… Hansi ki orda insanlar “elita”ların göyə atdıqları kağızların altında əzilmir… Hansı ki orda dünyanı adı “pul” olan kağızlar həll etmir…

Mənim öz dünyam var, hansı ki orda sevgi var,mərhəmət var…

Mənim öz dünyam var, hansı ki orda insanların sifətləri aydındır…təkdir…

Mənim öz dünyam var , hansı ki orda özünü izaha ehtiyac yoxdur, hər kəs hər şeyi anlayır, əlac tapır, tapmağa çalışır…

Mənim öz dünyam var…Orda mənfəət yoxdur,yalan yoxdur…Yalnız xoşbəxtlik var, sevgi var, yaxşılıq var…

Mənim öz dünyam var… Hansı ki özüm belə orda yaşamıram… Hansı ki sakinsizdir, səssizdir… Hardadır dünyam mənim…?

Əsas odur ki yar gələndə toz olmayacaq…

resim-144908QM Fevralın ilk günlərindən başlayaraq həmişə bu 14 fevral səbirsizliklə gözlənilir – sevgililər tərəfindən…Mənim də planım var idi 14 fevralla bağlı: “Çoxdandır ertələdiyim 2 filmə baxmaq, Teodor Drayzerin “Dahi” əsərini oxumaq, axşam isə ən sevdiyim romantik komedi serialı “Kiraz Mevsimi”-nə baxmaq …” Cümə günü dərsdən tez çıxmışdım ki nənəmgilə gedim, amma yolda planım yadıma düşdüyü üçün hətta yarı yoldan evə də qayıtdım. ))  Amma sonda Türkiyədən Bakıya 1 günlük gələn qrup yoldaşımız İradə üçün təşkil olunan yığıncaq məqsədi ilə dəyərli planımı təxirə saldım.)) İlk dəfə idi ki, 14 fevralda tarqovıya çıxırdım. Əllərində gül ilə sevgililərini gözləyən oğlanları görəndə qrupca əsəbləşirdik ki, bu nə gıcıklık 😀 )) … Düzü, çoxları yaraşmırdı bir birlərinə heç 😀 , qız qəşəng olanda oğlan çirkin olurdu, oğlan qəşəng olanda isə qız çirkin olurdu, hər ikisinin qəşəng olanını görmədim düzü, amma hər ikisinin də çirkin olanını çox gördüm 😀 Əşi, nənəm demiş, könül bəyənən göyçək olar )) (zarafatdır təbii ki..əslində (çox klişe olsa da) əsas mənəvi gözəllikdir. Çünki siz ananızın xarici görünüşünü görə bilirsiz? Yox. Ana deyəndə ağlınıza gözəl bir fiqurdan əlavə , əsas ANA – dünyanın örnək götürməsinə ehtiyac olan bir qadın dayanır. Və ya ən yaxın dostunuz…- Deyə bilərsiniz ki, çirkindi ya qəşəng? Yox. Siz tanıdığınız insanların daxili ilə söhbət edirsiniz ancaq. Xarici görkəm isə ancaq ilk dəfə üçün lazımdır. Öz sözlərimə özüm cavab yazıram lap ))) Günün ilk yarısı belə qəribə keçsə də, ikinci yarısı hədsiz gözəl keçdi. Bizim kimi şən bir qrupa sahibsinizsə, insan nəinki deyib-gülər, hətta xasiyətindən asılı olmayaraq, şit də olar ))  Və yolda düşündüm ki, bugün keçirdiyim ən gözəl Sevgilisizlər günü idi :DD …

 Evə çatıb internetə girərkən, Özge Can Aslan haqqındaki faciəvi xəbəri oxudum. 14 fevralda baş vermişdi bu hadisə…Qız 3 nəfər tərəfindən törədilən  dəhşətli cinayətin qurbanı olmuşdu…Və hər kəs bugün o qızı son mənzilinə yola salırdı… Sonra anidən yadıma qrup yoldaşım düşdü.Rayonda idi. Rəhmətə gedən anasının ‘il’i üçün 1 həftə idi gəlmirdi dərsə… Mən də 1 həftəlik getməmək istəyərdim dərsə, səbəb isə sadəcə istəməmək idi… Sonra isə TV-ini açdım , jurnalistlər Şahbaz Xuduoğlunun düşdüyü qəzadan, həyat yoldaşının dünyasını dəyişməsindən bəhs edirdi… Uşaqları anasız qalmışdı… Bəli, bir ailə işığı sönmüşdü…Görəsən, yenidən həmin işıq yanacaqdı mı? Yansa da, həmin ev əvvəlki kimi olacaqdı mı?… Yadıma öz anam düşdü və gözlərim doldu. Özümü onların yerinə qoymamaq üçün(adətən məndə belə olur)  Kanalı Fox Tv-ə çevirdim, Kiraz Mevsimi başlayacaqdı… Reklamlarda isə deyilirdi : “Həyatın Komedi Dükkanı, sənin isə xəbərin yox” … 

10 dəqiqə sonra:  “Görəsən, Rəşid Behbudov küçələrə suyu 14 fevralda səpmişdi? Nəysə, əsas odur ki yar gələndə toz olmayacaq… “