Monthly Archives: December 2014

Qısa hekayə

o-SANTA-CLAUS-facebookSaatına baxdı: 9:00 . Və 31 dekabr. Bayram idi. Ancaq gözdən keçirilməli daha 150 sənəd Arifi gözləyirdi. İlin sonuncu günü olduğundan sənədlər axşama bitməli idi. Bu isə o demək idi ki, hamının səbirsizliklə gözlədiyi Yeni İli sadəcə işləməklə keçirəcəkdi. Onsuz alışqın idi. Uşaqlıqdan bugünə qədər oxumaq, çalışmaq,işləmək.Həyatını təşkil edən amillər idi bunlar.Heç bir zaman da şikayət etməzdi. Arif bu cür xoşbəxt idi. Həm niyə şikayət etsin ki? 20 il durmadan bugun üçün çalışmışdı və bugün o gün idi.Çalışdıqlarının bəhrəsini gürdüyü gün(və ya günlərdən biri) . Şikayət etmək ağılsızlıq olardı hər halda. Telefonuna baxdı bayram təbriki gəlmişmi deyə. Gəlməmişdi. Əslində normal idi. Yəni şirkət rəhbərini kim gecə vaxtı narahat edər ki. Gün ərzində gəlməsi məntiqə daha uyğun idi. Yatağından durdu, üzünə su vurdu. Bugün çox işi vardı və boş düşüncələrlə vaxt itirmək əbəs idi. Daha sonra eyvana çıxdı hava alsın deyə. Gecədən bəri şiddətli qar yağmışdı. Uşaqlar qartopu oynayır, qardan adam düzəldirdilər. Son dəfə nə zaman bu uşaqlar kimi ürəkdən gülmüşdü? Uşaq olub onlar kimi əylənmək istərdimi? …
İşlərinə başladı… saat 19:00 olmuşdu. İşləri artıq bitmişdi.Heç bir zaman gecəyə qalmazdı sənədlər.Çünki özünü tanıyandan bəri rejimli bir insan idi. Telefona baxdı. Nə bir zəng, nə bir mesaj, nə də bildiriş. Təəccübləndimi? Yox. Hadisələri olduğu kimi qəbul edib, daha yetkin davranmağı özündə 18 yaşından bəri tərbiyəndirmişdi. Paltosunu geyinib çölə çıxmağa qərar verdi. Stokholm küçələrində Milad ab-havası açıq hiss olunurdu. Bakıda da gözəl keçərdi bayramlar. Amma isveçlər sanki daha şən keçirirdilər. Küçə ilə addımladıqca ərtafına nəzər yetirirdi. Dilənçi qiyafəli bir uşaq tində oturub ağlayırdı. Həmişə yan ötüb keçsə də, bu dəfə Arif sanki təsirləndi. Ən azından balaca bir uşaq bayram günü ağlamamalı idi. Arif balacaya yaxınlaşıb niyə ağladığını soruşduqda, uşaq: “şaxta baba məni çox istəmir.Ondan bayram üçün maşın istəmişdim.Nə gəldi, nə də gətirdi,unutdu mənim istəyimi”. Arif cavab vermədən oyuncaq mağazasına girərək uşağın istədiyi maşından aldı. Və uşağa: “Şaxta baba xəstələndiyi üçün gələ bilmədi,ancaq mənə dönə-dönə tapşırdı ki, bu maşını sənə alım. Bir də dedi ki, səni çox istəyir.” Uşaq sevincindən atılıb-düşürdü. Bu Arifi də sevindirdi. Və yoluna davam etdi. Həmin gecə sanki hər kəs küçədə idi; yaxınları ilə deyib-gülür, ilin son gününün dadını çıxarırdılar. Amma Arif yalnız idi. Heç kimi yox idi;nə valideynləri,nə dostları,nə sevgilisi.. İndiyinə qədər həmişə günahkar “onlar” idi; valideynləri Arif İsveçə köçəndən bəri sankı unutdu onu. Düzdür,ilk illərdə çox tez-tez zəng vururdular, Arifinin arada Bakıya gedib onları ziyarət etməsini istəyirdilər,darıxdıqlarını bildirirdilər. Amma Arif heç getmədi. İldə bir dəfə zəng ona həmişə kifayət etdi. Axı o məşğul idi. Bəs dostları…?  Arif zirvələrə qalxdıqca dostları uzaqlaşırdı ondan. Heç vaxt onlardan səbəbini soruşmadı. Sakit Arif də onlardan uzaqlaşdı. “Səbəb? ”  kimi mənasız düşüncələr ağlına gəldikdə isə “qısqanclıq insanın bədbəxtçiliyidir” deyib fikrini başqa istiqamətə yönəldirdi… Bəs sevgilisi? Arif heç vaxt özünə layiq birini tapmadı ki. Layiq birisi oldu, Arif mi sevmədi? Hamısı ondan vaxt,diqqət,sevgi kimi mənasız istəklər tələb etdi. Arif isə vaxtını və diqqətini,əsas da sevgisini öz şirkətinə həsr etmişdi…

Bugün Arif bir daha düşündü…Həqiqətən haqlı idi mi..? Bütün bu düşüncələrində, hadisələrə olan cavablarında, özünə qazandırdığı bəraətlərində haqlı idi mi? Yadına bayaqki uşaq düşdü. Kimsəsi yox idi uşağın..Sadəcə bir diləyi vardı, hansı ki o diləklə xoşbəxt oldu. Bəlkə də uşaq heçnə arzulamasa, heç Arif də çıxmazdı onun qarşısına. Ancaq uşaq diləmişdi.Bütün olmazlara baxmayaraq, uşaq öz xəyallarında arzulamışdı.Və arzusuna çatmışdı. Bəs Arif? Sonuncu dəfə nə zaman xəyal qurmuşdu? Nə zaman kaş demişdi? Nə zaman nəyisə ürəkdən arzu etmişdi? Sadəcə iş, iş, iş… Özü özünü həyatdan təcrid etmişdi. Vəsiqəsi olub şəxsiyyət adlandırılan və həmişə Arif bəy deyə çağırılan şirkət rəhbərindən başqa kim idi axı Arif? Bayaq ki uşaq heçnəsi olmasa da, sevinirdi. Ancaq Arifin hər şeyi var idi sevincdən başqa. Kimsəsi yox idi, düzdü. Ancaq buna səbəb özü olmuşdu. Məhz özü! Bugün dəyişməli idi. Bütün səhvlərini düzəltməli idi. Sabaha-növbəti ilə başqa birisi, xoşbəxt birisi olmalı idi. Artıq “Arif bəy” ilə yanaşı həm də Arif olacaqdı, özü olacaqdı…

Bu qədər…Arifin sonu necə oldumu? Yaxşı oldu, əziz oxucularım. Arif arzularını,istəklərini bir vərəqə yazdı.Və onları yavaş-yavaş həyata keçirdi. Və 2014 Arif üçün çox mənalı, xoşbəxt keçdi. Çünki arzularla dolu bir 2014 idi. Arif uzun illər bir çox səhvlər etmiş, insanlıqdan çıxaraq avtomatlaşdırılmış “Arif bəy” adlanan bir robota çevrilmişdi. Həmişə çalışırdı,həmişə haqlı idi,həmişə hədəf sadəcə zirvə idi,həmişə gedilən yol düz yox,pilləli olmalı idi ki sadəcə qalxa bilsin. Arif üçün həyatın mənası, arzuları,diləkləri “qalibiyyətə gedən yolda…növbəti qazanmalı olduqları” idi. Amma sonda səhvini anladı. Anladı ki, seçdiyi yol ona yalnızlıqdan başqa heçnə gətirmir.İnsanlarla bölüşməli heç bir anı,diqqəti,sevgisi olmadığından yalnız qalmışdı.Yalnızlıq isə zülmətin əsl üzü idi… Və ümidvaram ki, Arifin hekayəsindən hər birimiz nəsə tapdıq… Sonda Arifin Yeni İldə dəyişməsi üçün hazırladığı 10 “istəklik” vərəqini sizinlə paylaşmaq istəyirəm:

  1. Bakıya bilet alıb valideynlərimin yanına getmək və onlarla illərin həsrətini bölüşmək

  2. Tanıdığım hər kəsin bayramını təbrik etmək

  3. Özümə yaxın bildiyim dostlarımı geri qazanmaq

  4. Qısa zamanda özümə ruhən uyğun birini tapıb sevmək

  5. Bacardığım ancaq reallaşdırmaq üçün vaxt ayırmadığım rəsmlər çəkmək

  6. Özümü nəyəsə məcbur etməmək

  7. Bədii ədəbiyyata vaxt ayırmaq.(18-19 yaşımda sevərdim əslində.Sonradan gərgin iş rejimi imkan vermədi)

  8. Şeirlər yazırdım.Ancaq insanlar fikirlərimdən xəbərdar olmasın deyə tezcə cırıb atırdım.Artıq onları bir araya toplayıb kitab çıxarmaq.

  9. Əgər 2 seçim arasında qalsam “uğur və ya xoşbəxtlik”, xoşbəxtliyi seçmək. Və heç bir zaman özümü “uğur onsuz da xoşbəxtlikdir” deyə aldatmamaq.Çünki hər zaman belə olmur.Uğur uğrunda qurban verdiyimiz nələrsə daha xoşbəxt edə bilir insanı bəzən.

  10. Özümdə özümü kəşf etmək !