Vicdan əzabı

amir

Vicdan əzabı. Vicdan əzabı nədir? Bu söz birləşməsini daha aydın ifadə etmək üçün “vicdan” və “əzab” kimi ayırıram.

Vicdan – hiss və düşüncədir. Hansı ki bu iki hiss bir-birini tamamlamadığı təqdirdə vicdanın ortaya çıxması mümkün deyildir. Beyin səhvləri düşünməli, qəlbin isə düşündüklərini hiss etməlidir.Əks təqdirdə “insan” mövhumu deyilən varlıq ət və sümük yığınına çevrilir (mənim gözümdə). Çünki insanı insan edən onun vicdanıdır !!!

Əzab – əziyyət deməkdir. Əziyyət maddi və mənəvi ola bilər. Maddi əziyyət  dünya malı azlığından irəli gəlir. Mənəvi əziyyət isə daxili hisslərdə yaşanan proseslərlə bağlıdır. Ki bunlardan biri də vicdandır. Vicdan əzabı elə bir mənəvi hissdir ki, səni bir ömür boyu rahat buraxmaz.(təbii ki əgər varsa. Çünki olanı var, olmayanı var, çox hefslər olsun ki 😦 ) Keçən il ThE KİTE RUNNER əsərini oxumuşdum. Orda vicdanının tam ortasında dayanan Əmir baş qəhrəman idi. Elədiyi səhvlər dərin və insanı sarsıdan idi. Amma onun bu səhvlərini böyüdükcə qıraqdan görməsi və düşünməsi, hiss etməsi, düzəltməyə çalışması – insanlığın ən bariz nümunəsidir.

Ona görə də, çalışaq vicdansız səhv etməyək! Bunun üçünsə sadəcə düşünək!

Və eyni zamanda səhvlərimizin arxasına gizlənməyək. Düzəltməyə çalışaq. Və bir şeyi unutmayın! 7 milyard + (şəxs)  insan olaraq doğulduğu üçün şanslıdır. Ancaq onlar bu şanslarını sonadək dəyərləndirirmi … ? Və ya başqa sözlə desəm ( daha ağır) insan kimi doğulan 7 milyard +  şəxs insan olaraq da ölürmü …?  Bunu artıq siz düşünün… Vicdanınıza əmanət olun deyərək, bugünki məqaləmi də burda sonlandırıram. 

%d bloggers like this: